Rayon ərazisində sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
Vəziyyəti nəzarətdə saxlamaq və operativ tədbirlər həyata keçirmək məqsədilə rayon qərargahı yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələri rayon ərazisində həyata keçirilir.
Rayonun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən bütün təhsil, mədəniyyət və tibb müəsisələri binalarının, inzibati binaların , yaşayış binalarının, yolların,küçələrin xüsusi məhlullar vastəsilə dezinfeksiyası davam etdirilir. Operativ Qəqargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində ərzaq mağazaları və apteklər istisna olmala bütün ictimai- iaişə obyektlərində iş rejimi saat 12.00 – dan 15.00 –dək müəyyən edilib.
Əhali arasında maarifləndirmə işləri davam etdilir.Gündəlik olaraq səsgücləndiricilər vastəsilə əhaliyə təlimatlar çatdırılır, karantin qaydalarına ciddi əməl etməyə çağırışlar edilir.