Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın nüfuzu dünyada daha da artmaqdadır

12 may 2020 | 16:00


Bu  gün müstəqil Azərbaycan  Respublikası  öz  iqtisadi  göstəricilərinə və  siyasi nüfuzuna  görə dünya  dövlətləri  içərisində ön  sıralarda  yer  alır. Ölkəmizin yüksək  beynəlxalq  imicinin  formalaşması , dünya  miqyasında nüfuzunun  gündən- günə   artması  Prezident  cənab  İlham  Əliyevin siyasi  səriştəsi, şəxsi  nüfuzu  və yüksək  idarəçilik  qabiliyyəti  sayəsində mümkün  olmuşdur.
Təsadüfi deyildir ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu  üzv  qəbul  olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keşirilmiş  zirvə görüşündə 2019-2022-ci illər ərzində təşkilata sədrliyin Azərbaycana  həvalə  edilməsi  barədə  yekdil  qərar  qəbul  olunmuşdur.
BMT-nin Baş Assambleyasından  sonradünyada  ikinci  ən  böyük  beynəlxalq  təşkilat olan  və 120-dən çox  dövlətin  təmsil  olunduğu Qoşulmama Hərəkatına  üzvlükdən qısa  müddət  sonra ölkəmizin  həmin qruma sədrlik  etməsi üzv dövlətlərin  Azərbaycana  olan etimadının və ölkəmizin  beynəlxalq  nüfuzunun artmasının , eləcə  də Azərbaycanın qlobal  səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əyani təzahürüdür.
Son dövrlər dünyanı  bürüyən   koronavirus  pandemiyası  ilə  mübarizə  tədbirləri çərçivəsində  Prezident  cənab İlham  Əliyev tərəfindən infeksiyanın respublikamızda yayılmasının qarşısının alınması istiqamətində vaxtında  və  düzgün qərarlar  qəbul olunması, əhalinin sağlamlığının qorunması istiqamətində qabaqlayıcı  tədbirlər  görülməsi  ölkəmizin bu epidemiyadan  minimum az itkilərlə çıxmasını  təmin  etmişdir. Eyni  zamanda dövlətimiz dünya  birliyinin  məsuliyyətli  və etibarlı üzvü  kimi koronavirus  təhkükəsinin  ilk  günlərindən  etibarən qlobal  həmrəylik  çağırışlarına  dəstək vermişdir.
Azərbaycan  Respublikası  Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  sədri İlham Əliyevin  təşəbbüsü  ilə aprel  ayının  10-da  keçirilmiş Türk  Şurasının Zirvə görüşündə cənab  Prezident  haqlı olaraq vurğuladı  ki,  “pandemiyanın  ilk  günlərindən  etibarən bəzi ölkələr və beynəlxalq  təşkilatların koronavirus qarşısında aciz qalmasının , özünə qapanma yolunu  seçməsinin şahidi  olduq”.  Belə bir  təhlükənin  hər  kəsin  qapısını  döydüyü və multilaterializmin demək  olar  ki, can  verdiyi şəraitdə  belə, Prezident İlham  Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal  əməkdaşlıq və  həmrəylik sayəsində qalib  gəlməyin mümkünlüyünü  dünyaya nümayiş  etdirdi. Belə  ki, Azərbaycan  koronavirusa  qarşı  qlobal  mübarizəyə  dəstək  olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə  yardımı  ayırmışdır. Eyni  zamanda  əlavə  olaraq  ÜST-ə bir  daha  könüllü maliyyə  töhfəsi  ayrılacaqdır  ki, bu  dəstək  zəruri  ehtiyacların  qarşılanması  üçün koronavirusdan  ən  çox  zərər  çəkmiş Hərəkat  üzvlərinə yönəldiləcəkdir. Azərbaycan  tərəfindən bir  sıra ölkələrə də ikitərəfli əməkdaşlıq çərçivəsində  yardım həyata  keçirilmiş və keçirilməkdədir. Təsadüfi  deyildir  ki, ÜST tərəfindən Azərbaycan pandemiyaya qarşı  görülmüş  tədbirlərə  görə nümunəvi  ölkə kimi dəyərləndirilmişdir. Eləcə də effektiv nəticələrə görə Azərbaycanda  koronavirusa qarşı aparılan mübarizə beynəlxalq  səviyyədə  təqdir olunur.  Azərbaycan  Prezidentinin pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə respublikanın sosial–iqtisadi sferasında yarana biləcək iqtisadi durğunluğun aradan qaldırılması, aztəminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması və s. ilə bağlı verdiyi çoxsaylı qərarları xalq tərəfindən məmnunluq hissi ilə qarşılanır, eyni zamanda beynəlxalq qrumlar, konkret olaraq Avropa Yenidənqurma və İnkişaf  Bankı  tərəfindən  təqdir  olunur.
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə  iştirakı  və çixişi  Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş  vermiş  hadisədir. Xüsusi olaraq vurğulanmalıdır ki, məhz Prezident cənab İlham Əliyevin səyləri ilə daim bir-biri ilə əks  qütblərdə olan Qoşulmama Hərəkatı  ilə Avropa İttifaqını koronavirus  təhlükəsi zamanı bir  araya  gətirmək mümkün olmuşdur.
Sadalanan faktlar bir daha onu göstərir ki, koronovirus pandemiyası bütün dünyanı cənginə aldığı, dünyanın ən inkişaf etmiş dövlətlərinin belə bu bəla qarşısında aciz qaldığı bir dövrdə belə Azərbaycan Prezident cənab İlham  Əliyevin  rəhbərliyi altında  dünyada öz nüfuzunu daha da artırmaqdadır. Sözsüz ki, bütün bunlar Prezident cənab İlham Əliyevin gecəli-gündüzlü gərgin əməyinin, apardığı düzgün daxili və xarici siyasətin nəticəsində qazanılmışdır.
Bütün  bunlarla  yanaşı Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  2018-ci ildə başlanılmış dövlət  idarəçiliyinin  bütün  istiqamətlərini  əhatə  edən hüquqi , institusional və  kadr  islahatları 2019-cu ilin  sonlarına  doğru daha  geniş  vüsət  almış, həmin tədbirlər 2020-ci  ildə daha intensiv  şəkildə  davam etdirilməkdədir. Aparılan ciddi  kadr islahatlarının nəticəsidir ki, peşəkarlıq səviyyəsi daha da  yüksəldilmiş  Azərbaycan  Respublikasının Dövlət  Təhlükəsizliyi  Xidməti  tərəfindən  dövlətimizin  qazandığı  uğurlara kölgə salmağa çalışan bəzi məmurların qanundankənar  əməlləri ifşa  olunmuş, onların  cinayət məsuliyyətinə cəlb edilərək həbs  edilməsi  təmin  edilmişdir.
Bu  gün müstəqil Azərbaycan dövlətində vəzifəsindən tutduğu mövqeyindən asılı olamayaraq heç bir dövlət məmurunun xəyanət  yolunu  seşməsi  həm  hüquqi, həm də  mənəvi baxımdan bağışlanmazdır və  onlara  qarşı qanunun ən  sərt  formada  tətbiqi mütləqdir.

                Zülfüqar Əliyev.

  Rayon Ağsaqqallar Şürasının sədri                          

Keçidlər