Azərbaycan Könüllürin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq yaradılmış bir təşkilatdır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilməkdədir. Dövlət başçımız cənab İlham Əliyev tərəfindən 30 dekabr 2019-cu il tarixli sərəncam ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi Azərbaycan gəncliyinə olan diqqətin, qayğının və gəncliyimizə göstərilən etimadın nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
Biz də öz növbəmizdə Azərbaycan gənci olaraq dövlətimizin apardığı siyasətin bir parçasına çevrildiyimiz, könüllü hərəkatının iştirakçısı olaraq gücümüzü, potensialımızı gerçəkləşdirdiyimiz üçün böyük fəxr və qürur duyuruq. Bu fəxri, bu qüruru bizlərə bəxş etdiklərinə görə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün könüllü gənclər adından dərin minnətdarlığımızı bildiririk.
Hallacova Mədinə
Regional İnkişaf İctimai Birliyinin könüllüsü