Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) çətiri altında könüllülərin müxtəlif aksiyalarda iştirakı təmin olunmuşdur.

20 may 2020 | 16:00

Dünyanı  bürüyən  koronavirus pandemiyasına qarşı  mübarizə  tədbirləri  çərçivəsində dövlət  başçımız  cənab  İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən tədbirlər bütünlüklə xalqın  təhlükəsizliyi, sağlamlığı və  maddi  rifahının qorunmasına yönəlmişdir. Ölkə başçımız  cənab  İlham  Əliyevin və Birinci  vitse- prezident  Mehriban  xanım  Əliyevanın çağırışlarına  cavab  olaraq könüllü  gənclərin müxtəlif sosial , humanist aksiyalara  qoşulması isə milli-mənəvi  dəyərlərimizin  qorunmasının, eyni  zamanda dövlətimizin  Azərbaycan  gəncliyinə  olan böyük  etimadının sübutudur.
AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.
8 aprel tarixində başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Könüllülərin timsalında  gəncliyimizə göstərilən diqqət və qayğıya, ictimai fəaliyyət  üçün  yaradılan  şəraitə  görə həm  ölkə  başçısı cənab  İlham  Əliyevə, həm də Birinci  vitse – prezident  Mehriban  xanım  Əliyevaya  öz  dərin  minnətdarlığımızı  bildiririk.


Mehtiyeva  Göyçək  --   könüllü   gənc
 

 

Keçidlər