2 İYUL POLİS GÜNÜDÜR
Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasının 102-ci ildönümüdür. Respublikamızın polis orqanlarının qabaqcıl dəstəsindən biri olan Füzuli rayon polisi rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir. Yarandığı gündən çətin və şərəfli yol keçmiş Azrbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynamış, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmışdır. Polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə fəal iştirak etmiş, döyüşlərdə Füzuli rayon polis şöbəsinin 16 əməkdaşı şəhid olmuşdur. İki nəfər isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Son aylarda dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır.
Azərbaycanın polis orqanlarının yaradılmasının 102-ci ildönümü münasibəti ilə DİN sıralarında çalışan bütün əməkdaşların hər birinə möhkəm cansağlığı, xoşbəxtlik və işlərində nailiyyətlər arzu edirik!
Füzuli Rayon İcra Hakimiyyəti