Şriftin ölçüsü :

Saytın rəngi :

Doğma Füzuliyə qayıdacağıq

21 avqust 2020 | 16:00

 

Füzuli Rayon  İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  Füzuli rayonunun  işğal olunmasının 27-ci ildönümünə həsr edilmiş “ Doğma Füzuliyə qayıdacağıq” adlı onlayn  şeir müsabiqəsi keçirilib. Rayon  məktəbliləri arasında keçirilən müsabiqədə  24 məktəbdən 36  şagird  iştirak  edib. Şagirdlər formata uyğun olaraq, Füzuli rayonuna həsr olunmuş şeirlər  səsləndiriblər. Bu gün artıq müsabiqəyə yekun vurulub.
Müsabiqə  iştirakçılarından 50 № li tam orta məktəbin XI  sinif şagirdi Hacıyeva  İlahə İlham qızı, 1№li tam orta məktəbin V sinif  şagirdi Əmirli Ayan Kamil qızı, 37№ li ümumi orta məktəbin IX  sinif şagirdi  Niftəlizadə  Leyla  Sərraf qızı, Horadiz şəhər 1№li tam orta məktəbin VII  sinif  şagirdi Zalova Zenfira Elşən  qızı  təqdim etdikləri şeir parçaları ilə digərlərindən fərqlənmişlər. RiH- də  fərqlənən iştirakçılarla görüş keçirilmiş, müsabiqənin maarifləndirici xarakter daşıması, o cümlədən  rayonun  tarixi, işğalı, işğaldan azad edilmiş ərazilərdə görülən tikinti quruculuq, abadlıq  işləri  barədə söhbət aparılmışdır.  Məktəblilərə  Füzuli rayonundan bəhs edən kitablar hədiyyə olunmuşdur.

Keçidlər