Şriftin ölçüsü :

Saytın rəngi :

“ Siyasətin Zəfər çaldı, Ulu Öndər ”

12 dekabr 2020 | 16:00

 Müstəqil Azərbaycanın memarı olan ümummilli liderimizin vəfatından 17 il ötür. İllər ötsə, əsrlər keçsə də xalqın qəlbində əbədi məskən salmış o böyük lider əməlləri, ideyaları, bizləri zəfərə qovuşduran siyasəti ilə daim yaşayacaq, böyük fəxr, qürur və ehtiramla yad ediləcəkdir.
Füzuli Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin birgə təşəbbüsü olaraq  rayon məktəbliləri ilə onlayn formatda “ Siyasətin Zəfər çaldı, Ulu Öndər ”  adlı Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş  tədbir keçirmişdir. Rayonun  müxtəlif məktəblərindən 16 nəfər  11-ci sinif şagirdi mövzu ətrafında  hazırladıqları təqdimatlarla çıxış etdilər. Təqdimatlarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə ekskursiya edən şagirdlər, ulu öndərin rayonumuza olan səfərlərindən, uğurlu “Horadiz” əməliyyatından maraqla söz açdılar. Eyni zamanda Prezident  cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər ordumuzun qazandığı şanlı  qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsini böyük fəxr və qürurla vurğulayan gənclər, bu qələbənin uğurlu,düşünülmüş Ulu öndər siyasətinin nəticəsi olduğunu diqqətə çatdırdılar.Təqdimatlarını “Qarabağ Azərbaycandır!” şüarı ilə bitirən şagirdlər Ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim əziz tutacaqlarını, ehtiramla yad edəcəklərini, dahi liderin yolunun layiqli yolçuları olmaq üçün əzmlə çalışacaqlarını vurğuladılar

Keçidlər