Füzuli rayonunda vaksinləşmə prossesi davam edir.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir.
İlkin mərhələdə tibb işçilərinin vaksin olunması nəzərdə tutulur və bunun üşün 867 doza vaksin rayona gətirilib. Bu günə qədər 560 nəfər tibb işçisi virus əleyhinə vaksin olunmuşdur. Bunlardan 365 nəfəri 50 yaşa qədər olanlar, 185 nəfəri 50-65 yaş arası, 10 nəfəri 65 yaşdan yuxarı olanlardır.
Rayon mərkəzi xəstəxanasında təhlükəli virusa qarşı mübarizə məqsədilə qeydiyyat, 2 peyvənd, 1 həkim, təcili yardım, gözləmə və post vaksinasiya otaqları ayrılıb. Xəstəxanada peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.