Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

06 noyabr 2021 | 16:00

Füzuli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.Tədirdə məktəblilərin əl işlərindən ibarət “Zəfər Günü” adlı sərgiyə baxış keçirilib, Vətən müharibəsi şəhidlərinin fotolarından təşkil edilmiş guşələrlə tanışlıq olub. Daha sonra Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim edilib. Füzuli rayon 26 saylı tam orta məktəbin şagirdlərinin “Zəfər yolları” adlı kompozisiyası da maraqla qarşılanıb.

Keçidlər