4 saylı Qayıdış qəsəbəsində səyyar qəbul keçirilmişdir
19 aprel 2013 | 15:00
18.04.2013-cü ildə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 4 saylı Qayıdış qəsəbəsində səyyar qəbul keçirmişdir. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və digər aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak etdi. Qəbul zamanı qəsəbə sakinləri, eləcədə ətraf 1, 2, 3 saylı Qayıdış qəsəbəsindən gələn sakinlərin müraciətləri dinlənildi. Bir sıra məsələlər yerində araşdırılaraq həllini tapdı. Digər məsələlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verildi və problemlərin həlli RİH başçısı tərəfindən nəzarətə gotürüldü.