Qayıdış qəsəbələrinin əhalisi ilə səyyar qəbul keçirilmişdir.
16 may 2013 | 15:00
15.05.2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun
7 saylı Qayıdış qəsəbəsi və ətraf yaşayış məntəqələrinin əhalisi ilə səyyar qəbul keçirmişdir. Qəbulda rayonun huquq mühafizə orqanlarının rəhbərləri, bütün xidmət təşkilatlarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak etdilər. Qəbulda sakinlərin problemləri dinlənildi. Bəzi məsələlər yerində araşdırılaraq həllini tapdı. Digər müraciətlərlə bağlı tapşırıqlar verildi və problemlərin həlli Rayon İcra hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürüldü.