"8 Mart Beynəlxalq Qadınlar Günüdür!” adlı tədbir keçirildi!
06 mart 2026 | 17:04
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun müxtəlif qurumlarını təmsil edən bir qrup xanım və Füzuli rayonundan olan Vətən Müharibəsi Qəhrəmanlarının anaları və Milli Qəhrəman Nazim Quliyevin bacısı Ülviyyə Quliyeva iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xairəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət qadın siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti qadınların cəmiyyət həyatında rolunun daha da gücləndirilməsinə mühüm töhfələr verdiyindən bəhs etdi. Ölkəmizdə qadın hüquqlarının qorunması və qadınların ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən Alı Alıyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhid analarını, onların timsalında bütün Azərbaycan xanımlarını təbrik etdi, xanımlara sağlamlıq və fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra Yap Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək Azərbaycan qadınlarının tarixən göstərdikləri fədakarlıqdan şəhid analarının və həyat yoldaşlarının qəhrəmanlıq nümunəsi göstərərək cəmiyyətimiz üçün böyük mənəvi dayaq olduqlarından bəhs etdi. Azərbaycan qadınlarının ölkəmizin inkişafına bundan sonra da mühüm töhfələr verməsini arzulayan Nazimə Şamıyeva başda şəhid ailələri olmaqla bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi.
Tədbirdə çıxış edən digər iştirakçılar qadınlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etdilər.
Sonda iştirakçı xanımlara bayram münasibəti ilə hədiyyələr təqdim olundu.






