“8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirildi!
06 mart 2024 | 14:20
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirildi
Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva , RİH-nin əməkdaşları, şəhid ailələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı və ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək başda Şəhid anaları olmaqla bütün qadınların bayramını təbrik edərək , onlara gələcək həyatlarında uğurlar və müvəffəqiyyətlər arzuladı.
Daha sonra Azərbaycan qadınlarının milli-əxlaqi keyfiyyətini, möhkəm iradəsini və mərdliyini vurğulayan Alı Alıyev xalqımızın həyatındakı milli-mənəvi dəyərlərin formalaşmasında onların əvəzolunmaz rolu olunduğunu diqqətə çatdırdı. O , dövlətimizin apardığı uğurlu, məqsədyönlü siyasətdə qadınlarımızın fəallığından söz açaraq, bu yolda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş fəaliyyətini xüsusi vurğulayaraq , onun ölkəmizin inkişafında, zəngin maddi-mənəvi irsimizin öyrənilməsində və mədəniyyətimizin təbliğində göstərdiyi misilsiz xidmətlərdən danışdı.
Tədbirdə Füzuli Dövlət Dram Teatrının hazırladığı “Qadın böyük qüvvədir” adlı səhnəcik iştirakçılara təqdim olundu. Sonra tədbir Füzuli rayon Mədəniyyət evinin əməkdaşlarının ifa etdiyi bir neçə musiqi nömrələri ilə davam etdi.
Sonda tədbir iştirakçılarına Rayon İcra Hakmiyyəti tərəfindən xanımlara təbii güllər hədiyyə olundu.