Şriftin ölçüsü :

Saytın rəngi :

8 Nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirildi!

17 mart 2023 | 09:13

Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 16.03.2023-cü il tarixdə 8 nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Rayon prokuroru, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və əlaqədar təşkilatların rəhbər şəxsləri iştirakı etdi.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinn başçısı çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün yaşayış məntəqələrində vətəndaşlarla səyyar görüşlər keçirilir.
Səyyar qəbulda qəsəbə sakinlərinin müxtəlif sahələrlə bağlı olan müraciətləri dinlənildi. Müraciətlərlə bağlı aidiyyəti şəxslərin iştirakı ilə müzakirələr aparıldı və hüquqi izahatlar verildi. Sakinləri narahat edən problemlərin bir qismi nəzarətə götürüldü və aidiyyəti qurumlara ciddi tapşırıqlar verildi.

Keçidlər