Şriftin ölçüsü :

Saytın rəngi :

"8 Noyabr- Zəfər Günü" münasibəti ilə tədbir keçirildi!

08 noyabr 2023 | 17:58

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü” münasibətilə rəsmi və bədii-musiqili olmaqla iki hissəli tədbir keçirildi.

Tədbirin birinci rəsmi hissəsi Heydər Əliyev Mərkəzində 350 nəfərin iştirakı ilə, ikinci bədii-musiqili hissəsi Heydər Əliyev Parkında 7000 nəfərin iştirakı ilə keçirildi. Tədbirdə RİH başçısı Alı Alıyev YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, müəssisə və təşkilatlar, rayon ictimaiyyətinn nümayəndələri iştirak etdilər.

Bədii-musiqili hissədə yerli mədəniyyət nümayəndələrinin ifasında səslənən şən musiqi və bədii qiraət nömrələri, Füzuli Dövlət Dram teatırının aktyorlarının hazırladığı “Ana Vətən və Qarabağın görüşü” adlı səhnəcik, məktəblilərin hazırladığı nümunəvi hərbi nömrələr iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Keçidlər