Üçüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirilmişdir.
27 iyul 2013 | 15:00
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Üçüncü Zobucuq qəsəbəsi və ətraf yaşayış məntəqələrinin əhalisi ilə səyyar qəbul keçirmişdir. Qəbulda rayonun huquq mühafizə orqanlarının rəhbərləri, bütün xidmət təşkilatlarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak etdilər. Qəbulda sakinlərin problemləri dinlənildi. Bəzi məsələlər yerində araşdırılaraq həll olundu. Digər müraciətlərlə bağlı tapşırıqlar verildi və problemlərin həlli Rayon İcra hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürüldü.