Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!

13 fevral 2024 | 12:45

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 12.02.2024-cü il tarixdə Abşeron rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Abşeron rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.

Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev qeyd etdi ki, vətəndaşlarla keçirilən görüşlərin məqsədi onları narahat edən problemlərin yerindəcə öyrənilməsi,həmin problemlərin həlli istiqamətində  operativ  addımların  atılmasıdır . Belə görüşlərin  ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı əsasən rayon sakinləri ilə  mütəmadi olaraq  keçirildiyini  bildirən  Alı Alıyev  vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırdı. 

Daha sonra rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri dinlənildi. Əksəriyyəti  Füzuli rayonunun işğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşların doğma torpaqlarına köçürülməsi ilə bağlı olan müraciətlərə Rayon rəhbəri tərəfindən aydın izahatlar və ətraflı məlumatlar verildi. 

Keçidlər