Abşeron rayonunda rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 17.01.2025-ci il tarixdə Abşeron rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.
Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməsindən, ölkəmizin dünya arenasında qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti-quruculuq işlərindən bəhs etdi. Rayon rəhbəri çıxışında vətəndaş müraciətlərinə xususi həssaslıqla yanaşıldığını qeyd etdi.
Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənildi, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürüldü.