Şriftin ölçüsü :

Saytın rəngi :

Alıxanlı kəndində “Anım Günü” tədbiri keçirildi

25 sentyabr 2025 | 13:47
24 sentyabr 2025-ci il tarixində Füzuli rayonu Alıxanlı kənd qəbiristanlığında “Anım Günü” tədbiri keçirilmişdir. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Alıxanlı kənd bələdiyyəsi, Azər Quliyev və Ağamoğlan Cəbrayılov adına Alıxanlı kənd tam orta məktəblərinin müəllim-şagird kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak etmişlər.
Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə tər güllər düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər. Daha sonra ziyalılar, şəhid ailələri və qazilər çıxış edərək qəhrəmanlarımızın şücaətindən danışmışlar. Tədbir məktəblilərin təqdim etdiyi şeir kompozisiyası ilə yekunlaşmışdır.
Keçidlər