Alxanlı kəndində RİH başçısının səyyar qəbulu keçirildi!
Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 08.10.2025-ci il tarixdə Alxanlı kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Rayon prokuroru Ramiz Əliyev, Füzuli Rayon Polis Şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdi.
Füzuli RİH başçısı Alı Alıyev ölkəmizin dünya arenasında qazandığı böyük nüfuzdan, 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasından, azad olunmuş ərazilərdə aparılaın tikinti-quruculuq işlərindən və həmin işlər vasitəsilə əhalinin məşğulluğunun təmin edilməsindən bəhs etdi. Rayon rəhbəri çıxışının sonunda hər kəsin öz müraciətini, təklif və şikayətini açıq formada ifadə edə biləcəyini qeyd etdi.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənildi və onları narahat edən problemlərlə bağlı qanunanmüvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verildi.






