Antiterror əməliyyatı şəhidi Mikayılov Ülvi Bəhruz oğlunun anım mərasimi keçirildi!
20 sentyabr 2024 | 17:47
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülən şəhid Mikayılov Ülvi Bəhruz oğlunun anım günü qeyd olundu. Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndində keçirilən anım mərasimində Füzuli RİH başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli, Xocəvənd rayonları üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra şəhid Ülvi Mikayılovun məzarı önünə gül dəstələri qoyuldu və onun ruhuna dualar oxundu.
Daha sonra Füzuli RİH-in başçısı Alı Alıyev çıxış edərək, Ülvi Mikayılovun ailəsinə başsağlığı verərək Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür etdi və onlara səbr dilədi. O, çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildirdi. Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Ülvinin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağını söyləyən A.Alıyev şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs etdi. Alı Alıyev çıxışında Füzuli rayonunda da hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırdı.
Şəhid ailələri çıxış edərək, ölkəmizdə, o cümlədən Füzuli rayonunda şəhidlərə, onların ailələrinə verilən yüksək dəyərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirildi, Anım günündə şəhidlərin məzarlarının ziyarət olunmasının övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi olduğunu ifadə etdilər.
Sonda anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirildi.