Şriftin ölçüsü :

Saytın rəngi :

"Aprel döyüşləri"nin 10-cu ildönümü münasibəti ilə anım tədbiri keçirildi!

02 aprel 2026 | 12:22

Tarixi Aprel Zəfərindən on il ötür. Bu münasibətlə Füzuli rayonunda Aprel Şəhidlərinin xatirəsi anıldı. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində Aprel Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksi Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olundu. Ziyarətçilər tərəfindən şəhidlərin xatirəsinə dərin ehtiram əlaməti olaraq abidənin önünə tər çiçəklər düzüldü, şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər