Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Horadiz şəhərində “Aprel şəhidləri”nin xatirəsinə ucadılımış abidə ziyarət olundu!

04 aprel 2025 | 14:01
Tarixi Aprel Zəfərindən doqquz il ötür. Bu münasibətlə Füzuli rayonunda Aprel Şəhidlərinin xatirəsi anıldı. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində Aprel Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksi Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olundu. Ziyarətçilər tərəfindən şəhidlərin xatirəsinə dərin ehtiram əlaməti olaraq abidənin önünə tər çiçəklər düzüldü, şəhidlərin ruhuna dualar oxundu.
Xatırladaq ki, Aprel döyüşlərində Füzuli rayonu dörd şəhid verib: Həmidov Orxan, Quliyev Səyyar, Əliyev Elnur, Hüseynov Əlvan.
Səyyar Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı anadan olub. 2016-cı ilin 20 sentyabr günündə Səyyar Quliyev şəhdlik zirvəsinə yüksəldikdən sonra Zeynəb adında qız övladı dünyaya gəldi.
Kiçik çavuş Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 8-i isə Səyyar Quliyev doğulduğu Füzuli rayonununda son mənzilə yola salındı. Səyyar Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Şəhid Orxan Həmidov 1980-ci ilin 29 mart günündə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub.
Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində son mənzilə yola salındı. Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.--
Əslən Füzuli rayonu Qaraxanbəyli kəndindən olan Əlvan Hüseynov 14 noyabr 1994-cü ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olub.
Gizir Əlvan Hüseynov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Əlvan Hüseynov doğma Füzuli rayonununda son mənzilə yola salındı. Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. Elnur Əliyev ailəli idi; Elvin və Elxan adında iki oğlu yadigar qalıb.
Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid oldu.
Aprelin 3-ü isə Elnur Əliyev Füzuli rayonunda son mənzilə yola salındı. Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.
Keçidlər