Aprel döyüşlərinin şəhidi Həmidov Orxan İbrahim oğlunun ailəsi ziyarət olundu!
Vətən torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi hər zaman dərin ehtiramla yad edilir. 2016-cı il Aprel Zəfərinin onuncu ildönümü ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon ziyalıları, ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri tərəfindən Əhmədalılar kəndinin Aprel döyüşlərinin şəhidi Həmidov Orxan İbrahim oğlunun ailəsi ziyarət olundu.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Orxan Həmidov 1980-ci il 29 martda Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. 1998-ci il noyabr ayının 10-da hərbi xidmətə çağırılıb, hərbi xidməti başa vurandan sonra
isə 4 il ANAMA-da istehkamçı kimi çalışıb. 2014-cü ilin aprel ayından müddətdən artıq hərbi xidmətə başlayıb. Motoatıcı manqa komandiri vəzifəsində xidmət edib. Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan
təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində son mənzilə yola salındı.
Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.






