Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidlərinin xatirəsi anıldı

03 aprel 2024 | 12:50
Aprel Zəfərinin 8-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-nin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Aprel şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə uçaldılmış abidəni ziyarət edən iştirakçılar şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Keçidlər