Şriftin ölçüsü :

Saytın rəngi :

Araz Dilağarda kəndində "Anım günü" tədbiri keçirildi!

23 sentyabr 2025 | 18:03

23 sentyabr 2025-ci il tarixində Füzuli rayonu Araz Dilağarda kənd qəbirstanlığında "Anım günü" tədbiri keçirilmişdir. Təbdirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Bala Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Kamal Kərimov adına Araz Dilağarda kənd ümumi, Araz Zərgər kənd ümumi və Araz Dilağarda kənd tam orta məktəblərinin kollektivləri, şagirdlər, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, Araz Dilağarda və Araz Zərgər kəndlərinin sakinləri və ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək tər-gül dəstələri düzdülər. Tədbirin gedişatında ziyalılar, şəhid ailələri və qazilər çıxışlar etdilər. Tədbir məktəblilərin şeir kompazisiyası ilə yekunlaşdı.

Keçidlər