Araz Dilağarda kəndində RİH başçısının səyyar qəbulu keçirildi!
02 oktyabr 2025 | 18:31
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq qrafikə əsasən əhalini narahat edən problemləri yerində həll etmək məqsədi ilə 02.10.2025-ci il tarixdə Araz Dilağarda kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Füzuli RİH-in məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdilər.
İcra başçısı sakinləri dinləyərək onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verdi.






