Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Kürdmahmudlu kəndində a “Anım Günü” tədbiri keçirildi!

24 sentyabr 2025 | 17:07

24 sentyabr 2025-ci il tarixində Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında “Anım Günü” tədbiri keçirilmişdir. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Mirzəkərəm Əliyev adına Yuxarı Kürdmahmudlu kənd tam orta məktəbinin müəllim-şagird kollektivləri, körpələr evi-uşaq bağçasının əməkdaşları, mədəniyyət və səhiyyə işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak etmişlər.
Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə tər güllər düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər. Daha sonra ziyalılar, şəhid ailələri və qazilər çıxış edərək qəhrəmanlarımızın şücaətindən danışmışlar. Tədbir məktəblilərin təqdim etdiyi şeir kompozisiyası ilə yekunlaşmışdır.

Keçidlər