Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Yağlıvənd kəndində "Anım günü" tədbiri keçirildi!

22 sentyabr 2025 | 19:10
27 sentyabr Anım günü ilə bağlı silsilə tədbirlər davam etməkdədir.
22 sentyabr 2025-ci il tarixində Füzuli rayonu Aşağı Yağlıvənd kənd qəbirstanlığında "Anım günü" tədbiri keçirilmişdir. Təbdirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Kərimbəyli kənd bələdiyyəsi, Bəxtiyar Əzimov adına Aşağı Yağlıvənd kənd tam orta məktəbinin və uşaq musiqi məktəbinin kollektivləri, kənd körpələr evi-uşaq bağçasının nümayəndələri, mədəniyyət və səhiyyə işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək tər-gül dəstələri düzdülər. Tədbirin gedişatında ziyalılar, şəhid ailələri və qazilər çıxışlar etdilər. Tədbir məktəblilərin şeir kompazisiyası ilə yekunlaşdı.
Keçidlər