Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan gəncliyi əsl vətənpərvərlik nümunəsidir” adlı tədbir keçirildi

02 dekabr 2023 | 10:29
Füzuli RİH-in, Füzuli Gənclər Evinin və Füzuli rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi əsl vətənpərvərlik nümunəsidir” adlı tədbir keçirildi. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli RİH-in, Füzuli Gənclər Evinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, qazilər, müharibə veteranları və gənclər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Füzuli RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli çıxış edərək bildirdi ki,  ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti bu gün, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən gənclər üçün geniş imkanlar yaradıldığını, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı işlər aparıldığını qeyd edən Hafiz Misirli gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamla addımladığını diqqətə çatdırdı.
Sonra Füzuli rayon Gənclər evinin direktoru Seyfəddin Maqsudov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şəhanə Kərimova, Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin direkor əvəzi Xalisə Məmmədova, Vətən müharibəsi qazisi Şirin Abbasov çıxış etdilər. Çıxış edənlər, dövlətin uğurla apardığı gənclər siyasətinin gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, onların ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratdığını bir daha diqqətə çatdırdılar.
Sonda Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin Azərbaycan gəncliyi haqqında səsləndirdiyi fikirlərdən ibarət videoçarx iştirakçılar tərəfindən izlənildi.
Keçidlər