Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub !

16 oktyabr 2023 | 15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub.

Dövlətimizin başçısına uşaq bağçası barədə məlumat verildi.

Bildirildi ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.

Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxdı.

Sonra dövlətimizin başçısı uşaq bağçasının təməlini qoydu.

Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır.

Keçidlər