Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevin anım tədbiri keçirildi!

09 aprel 2024 | 15:39
Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevin anım tədbiri keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, Milli Qəhrəmanın ailə üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
İştirakçılar şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin önünə tər qərənfillər düzərək, onların əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə, həssas təbəqədən olan digər vətəndaşlara göstərilən diqqət və qayğıdan söz açdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun qazandığı şanlı Zəfərin xalqımıza sonsuz sevinc, şəhidlərimizin ruhuna rahatlıq gətirdiyini bir daha vurğulayan Gülbahar Eyvazova gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün şəhidlərin və qazilərin qəhrəmanlıq dolu döyüş yollarının əsil məktəb və mənbə olduğunu diqqətə çatdırdı.
Daha sonra Pəhləvan Fərzəliyevin döyüş yoldaşları onunla bağlı xatirələrini, ziyalılar isə dəyərli fikirlərini bölüşdülər.
Pəhləvan Fərzəliyevin oğlu Xalid Fərzəliyev və digər yaxınları onlara göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər