Şriftin ölçüsü :

Saytın rəngi :

Babı kəndində səyyar qəbul keçirildi!

03 mart 2025 | 17:15

Füzuli RİH başçısı Alı Alıyev 03.03.2025-ci il tarixdə Babı kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.

 Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq əhalinin problemlərinin öyrənilməsi və yerindəcə həll edilməsi məqsədilə keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd etdi. 

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə idarə- təşkilat rəhbərlərinə tapşırıqlar verildi. 

Keçidlər