Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Bəhmənli kənd inzibati ərazisinə daxil olan 3 yaşayış məntəqəsində səyyar qəbul keçirildi!

06 noyabr 2024 | 15:29

 Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Bala Bəhmənli kənd inzibati ərazisinə daxil olan 3 yaşayış məntəqəsində: Araz Zərgər, Araz Dilağarda və Birinci Mahmudlu kəndlərində uyğun olaraq 01.11.2024 cü il, 04.11.2024-cü il və 05.11.2024-cü il tarixlərdə səyyar qəbul keçirdi. Səyyar qəbullarda Füzuli RİH-in məsul əməkdaşları, rayonda fəaliyyət göstərən xidməti - təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
RİH başçısı Alı Alıyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlhab Əliyevin tapşırığına uyğun olaraq bütün yaşayış məntəqələrində səyyar görüşlərin keçirildiyini qeyd edildi və 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Rayon ərazisində görülən işlər barədə ətraflı məlumat verildi.
Qəbullarda vətəndaşıların təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənildi və səyyar sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu.
Araşdırılmasına ehtiyac olan və həlli zaman tələb edən bir sira məsələlər icraata götürülərək aiddiyyəti təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verildi.

Keçidlər