Bala Bəhmənli kəndində RİH başçısının səyyar qəbulu keçirildi!
11 yanvar 2025 | 09:21
Füzuli RİH başçısı Alı Alıyev 10.01.2025-ci il tarixdə Bala Bəhmənli kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
Səyyar qəbulların bütün yaşayış məntəqələrində keçirildiyini diqqət çatdıran Alı Alıyev, İkinci Qarabağ müharibəsində azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərindən, rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etdi.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə idarə- təşkilat rəhbərlərinə tapşırıqlar verildi.