Şriftin ölçüsü :

Saytın rəngi :

Beşinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirildi!

04 iyul 2024 | 09:12

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 03.07.2024-cü il tarixdə Beşinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Rayon Prokuroru Ramiz Əliyev, Füzuli Rayon Polis şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən Alı Alıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tapşırığına əsasən keçirilən səyyar qəbulların ölkə başçısının vətəndaş müraciətlərinə olan qayğısının bariz nümunəsi olduğunu qeyd etdi.
Daha sonra qəsəbə sakinlərinin müxtəlif məsələlərlə bağlı muraciətləri dinlənildi və qanunamüvafiq izahatlar verildi. Müraciətlərin bir qisminin həlli ilə bağlı RİH başçısı tərəfindən aiddiyyəti qurum rəhbərlərinə ciddi tapşırıqlar verildi.

Keçidlər