Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirildi!

04 dekabr 2024 | 15:30

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev 03.12.2024-cü il tarixdə Beyləqan rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Beyləqan rayonunda müvəqqəti məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak etdilər.

RİH başçısı Alı Alıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan, azad edilmiş ərazilərdə, eləcədə Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən bəhs etdi.

Daha sonra rayon rəhbəri tərəfindən sakinlərin müraciətləri dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağlı RİH başçısı tərəfindən qanunamüvafiq izahatlar verildi. Bəzi məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün RİH başçısı tərəfindən aidiyyatı üzrə müvafiq tapşırıqlar verildi.

Keçidlər