Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Mahmudlu kəndində "Anım günü" tədbiri keçirildi!

23 sentyabr 2025 | 17:06

23 sentyabr 2025-ci il tarixində Füzuli rayonu Birinci Mahmudlu kənd qəbirstanlığında "Anım günü" tədbiri keçirilmişdir. Təbdirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Bala Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Birinci Mahmudlu kənd tam orta məktəbin kollektivi, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək tər-gül dəstələri düzdülər. Tədbirin gedişatında ziyalılar, şəhid ailələri və qazilər çıxışlar etdilər. Tədbir məktəblilərin şeir kompazisiyası ilə yekunlaşdı.

Keçidlər