Birinci Zobucuq qəsəbəsində RİH başçısının səyyar qəbulu keçirildi!
09 sentyabr 2024 | 15:03
Füzuli RİH başçısı Alı Alıyev 06.09.2024-cü il tarixdə Birinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və yerindəcə həll edilməsi üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd etdi.
Daha sonra qəsəbə sakinlərinin müraciətləri dinlənildi və qanunamüvafiq izahatlar verildi. Bəzi məsələlərin icrası ilə bağlı adiyyəti təşkilat rəhbərlərinə konkret tapşırıqlar verildi.