Böyük Bəhmənli kəndində Anım günü tədbiri keçirildi!
23 sentyabr 2025 | 16:58
23 sentyabr 2025-ci il tarixində Füzuli rayonu Böyük Bəhmənli kənd qəbirstanlığında və şəhidlər abidəsində "Anım günü" tədbiri keçirilmişdir. Təbdirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Böyük Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Böyük Bəhmənli kənd bələdiyyəsi, Ehtiram Priyev adına Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbin kollektivi, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak etdilər. Tədbir iştirakçıları şəhidlərimizin məzarlarını ziyarət edərək tər-gül dəstələri düzdülər. Tədbirin gedişatında ziyalılar, şəhid ailələri və qazilər çıxışlar etdilər. Tədbir məktəblilərin şeir kompazisiyası ilə yekunlaşdı.






