Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Bəhmənli kəndində yerləşən, Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşları əziz xatirəsinə ucaldılmış abidə ziyarət olundu!

01 iyul 2026 | 15:08
Bu gün Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən, Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşları — Rüstəmov Siyavuş Qiyas oğlu, Yusifov Fərhad Ramazan oğlu, Daşdıyev Maqsud Xankişi oğlu, Qəhrəmanov Yalçın Məmmədxan oğlu və Abbasov Şahin Cəmaləddin oğlunun əziz xatirəsinə ucaldılmış abidə Füzuli Rayon İcra Hakimiyyətinin, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları, Əhli-Beyit məscidinin imamı, Böyük Bəhmənli kənd İcra nümayəndəsi və əməkdaşı, Böyük Bəhmənli kənd Bələdiyyəsinin sədiri, Füzuli rayonu polis veteranları, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunmuş, abidə önünə tər gül dəstələri düzülmüşdür.
Tədbir zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısındakı xidmətləri barədə fikirlər səsləndirilmişdir.
Keçidlər