Daha 24 ailə Füzuli şəhərinə köçürüldü!
12 sentyabr 2023 | 09:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Sentyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salındı. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürüldü.
Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edildi.