Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir şəhidimiz- Allahverdiyev Şəmsəddin Əvəz oğlu 30 il sonra doğma Füzuli torpağında dəfn olundu

13 sentyabr 2023 | 17:30
Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ildə Füzuli rayonunda gedən döyüşlər zamanı itkin düşən və 30 ildən sonra Xocavənd rayonu ərazisindən qalıqları tapılan şəhid Şəmsəddin Əvəz oğlu Abdullayev 13 sentyabrda Füzuli rayonunun Birinci Mahmudlu kənd qəbristanlığında dəfn edildi.
Şəhidin dəfn mərasimi Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirildi.
      Allahdan bütün şəhidlərimizə rəhmət eləsin!
 
Keçidlər