Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirildi!

11 aprel 2023 | 09:11

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 noyabr 2018- ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya əsasən dövlət qulluqçularının bilik və bacarıqlarının inkişafı sahəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına verilmiş müvafiq tapşırıqlara əsasən Akademiya tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” adlı bir günlük təlim təşkil olundu. Onlayn formatda keçirilən təlimdə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak etdilər. Təlim səmərəli, maraqlı və ətraflı fikir mübadiləsi şəraitində keçdi.

Keçidlər