Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədalılar kəndində səyyar qəbul keçirildi!

08 dekabr 2023 | 09:26

07 dekabr 2023-cü il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Əhmədalılar kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi.

Səyyar qəbulda Füzuli rayon prokuroru Elnur Rüstəmov, Füzuli rayon Polis şöbəsinin rəisi Zaur Abbasov, Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak etdilər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən səyyar görüşlərdə  məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həll olunması üçün rayon rəhbəri tərəfindən yerindəcə göstərişlər verildi, həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər isə aidiyyəti qurumlara müraciət edilməsi üçün nəzarətə götürüldü.

Keçidlər