“Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirmə tədbiri keçirildi!
09 aprel 2024 | 13:43
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Füzuli rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq 06 aprel 2024-cü il tarixdə Dördüncü Zobucuq qəsəbəsində sakinlərlə “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirmə xarakterli görüş keçirildi.
Füzuli rayon İcra Hakimiyyətinin və rayon elektrik şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Qaçqınların vı Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Füzuli rayon Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları, Füzuli rayon 34 nömrəli tam orta məktəbin müəllimləri, Dördüncü Zobucuq qəsəbəsinin sakinləri iştirak etdilər. Görüş zamanı çıxış edən Füzuli RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyev təbii sərvətlərdən biri olan elektrik enerjisinin insan həyatında mühüm rolunun olduğunu vurğuladı. Qabil Əliyev təbii sərvətlərin tükənən olmasını nəzərə çatdıraraq təcrübələr tətbiq etməklə enerjiyə və kommunal ödənişlərə qənaət etməyin mümkünlüyündən danışdı. Füzuli rayon elektrik şəbəkəsinin sahə rəisi Rəcəb Talıbov evdə və iş şəraitində istifadə olunan məişət texnikası və elektrik cihazlarından səmərəli istifadə etməklə enerjiyə qənaət etməyin vacibliyindən bəhs etdi.