Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Nüsrətli Ceyhun Aqil oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!

30 sentyabr 2025 | 14:35
44 günlük Vətən Müharibəsinin şəhidi Nüsrətli Ceyhun Aqil oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət olundu.
Xatırladaq ki, Əslən Füzuli rayonu Dilağarda kəndindən olan Nüsrətli Ceyhun Aqil oğlu 1995-ci il aprelin 8-də Beyləqanda doğulub. Ata-baba yurdu işğalda olan Ceyhun ailəsi ilə bərabər Beyləqan ərazisindəki Xocavənd qəsəbəsində yaşayıb. 2001-ci ildə Beyləqan ərazisində yerləşən Füzuli rayon 55 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunub. 2016-cı ildə həmin ali məktəbi bitirib. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayan gündən ilk döyüşə atılanlar sırasında yer alıb və Suqovuşan istiqamətində gedən döyüşlərdə şücaəti ilə seçilib. 2020-ci il sentyabrın 29-da gərgin döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Ceyhun Nüsrətli ölümündən sonra "Vətən uğrunda", Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər