Füzuli rayonu 6 nömrəli tam orta məktəbdə anım günü ilə bağlı tədbir keçirildi!
26 sentyabr 2025 | 20:11
26 sentyabr 2025-ci il tarixində Füzuli rayonu 6 saylı Qayıdış qəsəbəsində yerləşən 6 nömrəli tam orta məktəbdə anım günü ilə bağlı tədbir keçirildi. Təbdirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının 6 saylı Qayıdış qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, 6 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi, şagirdlər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ziyalıları iştirak etdilər. Tədbir şəhidlərimizin xatirələrinin bir dəqiqlik sükutla yad edilməsi ilə başladı. Tədbirin gedişatında ziyalılar, şəhid ailələri və qazilər çıxışlar etdilər. Tədbir məktəblilərin şeir kompazisiyası ilə yekunlaşdı.






