Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Birinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi!
Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev 10.06.2026-cı il tarixdə Birinci Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda Hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Alı Alıyev qeyd etdi ki, vətəndaşlarla keçirilən görüşlərin məqsədi onları narahat edən problemlərin yerindəcə öyrənilməsi,həmin problemlərin həlli istiqamətində operativ addımların atılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon sakinləri ilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini bildirən Alı Alıyev, vətəndaşların müraciətlərinə həssas münasibətin göstərildiyini diqqətə çatdırdı.
Səyyar qəbul zamanı qəsəbə sakinləri dinlənildi, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıq və tövsiyyələr verilərək nəzarətə götürüldü.






