Şriftin ölçüsü :

Saytın rəngi :

Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev Alxanlı kəndində səyyar qəbul keçirdi!

11 iyun 2026 | 17:50

Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev 11.06.2026-cı il tarixdə Alxanlı kəndində səyyar qəbul keçirdi. Səyyar qəbulda Füzuli Rayon Polis şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları, xidmət-təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.
Füzuli RİH başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən bəhs etdi.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənildi və onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər